Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Blinkendən Gürcüstandakı seçkilərə reaksiya

28 oktyabr / 12:13 2 dəq
Secretary blinken 1140x684
28 oktyabr / 12:13
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Katibi Entoni Blinken oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bəyanatda Gürcüstan rəhbərliyinə seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq, “fundamental azadlıqları baltalayan” qanunları ləğv etmək çağırışları edilib.

“2024-cü ildə beynəlxalq və yerli müşahidəçilər hakim partiyanın ictimai resurslardan sui-istifadə etməsi, səslərin satın alınması və seçiciləri hədələməsi ilə müşahidə olunan seçkiqabağı mühiti qeyd ediblər ki, bütün bunlar qeyri-bərabər rəqabətə töhfə verib, ədalətli nəticənin mümkünlüyünə ictimai və beynəlxalq inamı sarsıdıb. Beynəlxalq və yerli müşahidəçilər səsvermə gününün ümumilikdə yaxşı idarə olunduğunda razılaşsalar da, biz pozuntular və bəzi hallarda zorakılıq halları barədə xəbərləri qeyd edirik. Beynəlxalq müşahidəçilər nəticələrin azad və ədalətli olduğunu bəyan etməyiblər. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik, beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı bütün pozuntular barədə məlumatların tam araşdırılması çağırışlarına qoşuluruq.

Daha irəli gedərək, biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, fundamental azadlıqları baltalayan qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa təşviq edirik. Gürcüstanın konstitusiyasında təsbit olunmuş Avropa və Avro-Atlantik inteqrasiya məqsədləri hökumətdən vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyi tələb edir”, – Blinkenin bəyanatında qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı