Dünya

Biz onlara silah tədarükünü artıracağıq

26 avqust / 22:52 1 dəq
Tramp yeni
26 avqust / 22:52
Burada sizin reklamınız ola bilər

ABŞ administrasiyası Ukraynaya hərbi yardım göstərən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz Ukraynada müharibəni və insan ölümlərini dayandırmağa çalışırıq. Biz NATO-ya milyardlarla dollar dəyərində raketlər və hərbi texnika satırıq. Onlar müharibəni tam şəkildə maliyyələşdirirlər. Biz heç nəyi maliyyələşdirmirik”, – o bildirib.

Tramp bu tədarüklərin davam edəcəyini bildirib.

“Biz bunu etməyə davam edəcəyik. Biz onlara mümkün qədər çox silah ötürməyə çalışırıq. Onlar ABŞ-ın hərbi təyinatlı məhsullarını əldə etmək istəyirlər. Zavodlarımız “Patriot”ların, eləcə də digər müdafiə və hücum silahlarının istehsal həcmlərini 2-3 dəfə artırır”, – Tramp vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər