Xəbər

Birtərəfli hərəkət yollarında əksinə hərəkətə görə cərimə artırılıb

18 iyul / 09:43 1 dəq
64b548df4fef964b548df4fefa168960227164b548df4fef764b548df4fef8
18 iyul / 09:43
Burada sizin reklamınız ola bilər

Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə cərimə artırılıb.
“Qərb Xəbər” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən,birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər