İqtisadiyyat

Birinci rübdə kreditlərin 97 faizi banklar tərəfindən verilib

18 aprel / 14:47 1 dəq
18 aprel / 14:47
Burada sizin reklamınız ola bilər

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, martın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 974,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi bildirilib ki, ümumi kredit portfelinin 10 milyard 379,6 milyon manatı və ya 80 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 581 milyon manat olub və ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər