Dünya

Belarus Ukraynada atəşkəs elan etməyə və danışıqlara başlamağa çağırıb

13 aprel / 08:56 1 dəq
Ceae6be3 dd9b 30d0 b03f 5869dc160a39
13 aprel / 08:56
Burada sizin reklamınız ola bilər

Belarus Ukraynada atəşkəsin və danışıqların başlanılmasının tərəfdarıdır.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanda səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

“Minskinin mövqeyi birmənalıdır: insanların ölümünü dayandırmaq, dərhal atəşkəs elan etmək və danışıqlara başlamaq lazımdır – nə qədər tez olsa, bir o qədər yaxşıdır”, – o deyib.

XİN rəhbəri vurğulayıb ki, Belarus da Macarıstan kimi sülhün tərəfdarıdır.

“Atəşkəs hər iki tərəfdən qoşunları hərəkət etdirmək, yenidən toplamaq, silah-sursat, canlı qüvvə və texnikanı döyüş yerlərinə cəlb etmək hüququ olmadan elan edilməlidir”, – S.Aleynik qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər