İqtisadiyyat

Bayram vaxtı qiymətlər niyə artır – ekspert açıqladı

21 mart / 16:11 1 dəq
418838990 Fuad İbrahimovun şəxsi arxivi
21 mart / 16:11
Burada sizin reklamınız ola bilər

“Bayram qabağı qiymətlərdə artımıların təkcə Azərbaycanda baş vermir”.

Bunu iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Ekspert bildirib ki, dünyanın bir çox ölkəsində sahibkarlar tərəfindən bayram öncəsi belə addımlar atılır:

“Bu bazar münasibətlərində normal haldır. Ancaq bununla yanaşı makroiqtisadi sabitliyin pozulduğu yerlərdə bəzi monopolist qüvvələr vəziyyətdən istifadə edərək qiymətləri qaldırırlar. Hazırki vəziyyətdə Azərbaycanda dünyada gedən proseslərdən istifadə olunur. Yəni, bazar münasibətlərinə uyğun olaraq sahibkarlar qiymətlərdə müəyyən dəyişikliklər edirlər. Amma bu iqtisadiyyatı iflic etmə səviyyəsində deyil. Hazırda ölkəmizdə müşahidə olunan makroiqtisadi sabitlik fonunda hər hansı kəskin qiymət artımı proqnozlaşdırılmır”.

Paylaş
Burada sizin reklamınız ola bilər