Bölgə xəbərləri

Bakının təklifinə erməni separatçıların cavabı

28 mart / 16:43 1 dəq
Xankendi yenii
28 mart / 16:43
Burada sizin reklamınız ola bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Qarabağda yaşayan erməni icmasını reinteqrasiya məsələlərini müzakirə etmək üçün növbəti dəfə Bakıya dəvət etmişdi.

“Qərb Xəbər” bildirir ki, Bakının bu təklifinə Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan erməni separatçıları cavablandırıblar.

Erməni separatçıların cavabı təəccüblü olmayıb. Onlar görüş yerinə (Bakının seçilməsi) və müzakirə ediləcək mövzuya (reinteqrasiya) etiraz ediblər və bu təklifi qəbul etməyəcəklərini bildiriblər.

Qeyd edək ki, erməni separatçıları “bərabərhüquqlu dialoqa” və yalnız “humanitar məsələləri” müzakirə etməyə can atır.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər