“BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başladı
“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayacaq.
“Qərb xəbər” bildirirki artıq tətbiq üzərindən səfərləri planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkün olacaq.
Belə ki, tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və şifrəni yazmaq kifayətdir.
Tətbiq üzərindən həmçinin marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.
Qeyd edək ki, “BakıKart” mobil tətbiqi ötən ay beta versiyada təqdim olunub.




