Ağstafa

Bakıdan Ağstafaya ilk sürət qatarı yola düşüb

18 mart / 11:16 1 dəq
62252fae c8a6 30d4 b2d1 e9add68a7218
18 mart / 11:16
Burada sizin reklamınız ola bilər

Martın 18-dən “Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə sərnişin daşımalarına start verib.

“Qərb Xəbər” bu barədə ADY-yə istinadən xəbər verir.

Bakı-Ağstafa marşrutu üzrə sərnişin qatarı saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir. Bu marşrut üzrə bu gün daha bir reys – saat 17.00-da həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları”, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 19 və 20 mart tarixlərinə əlavə 1 reys təyin edib. 19 və 20 mart tarixlərində sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəçək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir

9a6a44f8-9a57-460b-9f36-1ab8cab46e01a9aa58c6-ed45-4a61-a3a3-6fd14b8026105b2c9968-6b4e-423d-9884-f6ede9b147500830b209-c8bc-4060-8f9d-dff1cdd7af306fa175e7-cd44-47ae-8503-a90517830bde46589069-b75f-4334-8760-b46cf4b65da1

 

Paylaş
Burada sizin reklamınız ola bilər