İdman

Bakıda universiteti su basdı

22 oktyabr / 11:29 1 dəq
Xezer su basdi
22 oktyabr / 11:29
Burada sizin reklamınız ola bilər

Bakıya axşamdan yağan güclü yağış nəticəsində Xəzər Universitetinin yeməkxanasını su basdığını əks etdirən görüntülər yayılıb.

Qerbxeber.com-xəbər verir ki, Universitetin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, artıq məsələ ilə bağlı təbdir görülür.

“Fövqəladə Hallar Nazirliyi (FHN) və yerli kanalizasiya idarəsinə məlumat verilib. Hazırda suyun çəkilməsi istiqamətində işlər aparılır. Kanalizasiya boruları dolub, su oradan içəri keçib. Yeməkxananın içində təxminən 20 sm hündürlüyündə su vardı. Lakin korpusun başqa yerlərində heç bir problem yoxdur. Ola bilsin ki, tələbələr bir gün başqa yerdən yemək alarlar”.

Hazırda universitetdə tədris prosesinin davam etdirildiyi bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər