Kateqoriyasız

Bakıda parad başlayıb

10 dekabr / 12:57 1 dəq
592c9703 db2c 30a8 ba81 685170fc12ab
10 dekabr / 12:57
Burada sizin reklamınız ola bilər

Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı keçirilir.

“Qərb Xəbər”in məlumatına görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak edirlər.

Paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunur.

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Ermənistan ordusundan ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər