Şəmkir

Bakı və Şəmkir məktəbliləri “Sağlam məktəbli” layihəsi ilə tanış olublar

26 aprel / 20:44 1 dəq
26 aprel / 20:44
Burada sizin reklamınız ola bilər
Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən növbəti görüşləri Bakının Yasamal rayonundakı 158 nömrəli orta məktəbin və Şəmkir şəhərindəki N.Gəncəvi adına tam orta məktəbin şagirdləri ilə keçirib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, videoçarxlar təqdim edilib.

Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərərləri, qida məhsullarında etiket məlumatları, fastfudun zərəri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib.

Agentliyin əməkdaşları məktəbliləri maraqlandıran sualları cavablandırıb, şagirdləri “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak etməyə dəvət ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər