Hadisə

Bakı–Sumqayıt yolunda avtoqəza olub,hərəkət dayanıb

9 sentyabr / 13:45 1 dəq
Image 750x 68bfec9d701fb
9 sentyabr / 13:45
Burada sizin reklamınız ola bilər

Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib

Paylaş
Burada sizin reklamınız ola bilər