Bakı-Qazax yolunda qəza: Yol bağlanıb-FOTO
Bakı-Qazax yolunda hərəkət nisbətən məhdudlaşdırılıb.
Qerbxeber.com bildirir ki, bu barədə APA istinadən xəbər yayıb.
Bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində məişət əşyaları daşıyan yük maşını TIR-la toqquşub.
Nəticə avtomobildə olan yük yola dağılıb. Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Aidiyyəti qurumların müdaxiləsi nəticəsində yolda hərəkət bərpa edilib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı