Ağstafa

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

2 avqust / 12:47 1 dəq
A3bfb5e3 e96c 345a 98fc 655b44b4735b 850 (1)
2 avqust / 12:47
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin tələbatını təmin etmək məqsədilə 5-6 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Qerbxeber.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan, “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər