“Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!
5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən “Bakcell” abunəçiləri üçün aktivdir.
“Qafqazinfo” xəbər verir ki, iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir.
Qeyd edək ki, “Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınır.
Xatırladaq ki, “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.




