Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Photo 5282956615173147900 y
Hüquq saatı – Mənəvi və psixoloji zorakılıq
Prezident sefer
Prezident Əliyev Albanyaya işgüzar səfərə gedib
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Bağanis Ayrım qətliamından 35 il ötür

2 ay ago
A A
Indir (92)
Silsilə olaraq nəzərdə tutulan bu yazıda 35 il əvvəl Qazax rayonunun Bağanis Ayrım kəndində vəhşicəsinə törədilən, bəşəriyyətə sığmayan qətliamdan danışacağıq. Ermənilərin dəfələrlə bu kənddə törətdiyi bir çox hadisələr və bu hadisələrin qurbanları haqqında, soyqırım qurbanlarının başına gələnləri onların yaşayan yadigarlarından öyrənib sizlərə nəql edəcəyik. Bağanis Ayrım həqiqətləri haqqında silsilə yazıları həm də foto və videofaktlarla işıqlandırmağa çalışacağıq. Beləliklə, bu kənd haqqında şahidlərin, fotogörüntülərin, video lentlərin yaddaşından süzülən faktlara söykənərək Bağanıs Ayrım qətliamı haqqında oxuculara ətraflı məlumat verəcəyik.

Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin qurbanlarından biri və birincilərindən olan Qazaxın işğalda olan 7 kəndindən biri, Bağanis Ayrım kəndidir. Düşmənin hələ 1988-ci ildən mütəmadi olaraq törətməyə başladığı təxirbatlar Bağanis Ayrımı da gözləyirdi. Xüsusi strateji əhəmiyyətə malik Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət edə bilməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib.

Tarix boyu Azərbaycana qarşı torpaq iddiası irəli sürən və “böyük Ermənistan” xülyası ilə yaşayan düşmənlərimiz 1990-cı ildə martın 23-dən 24-nə keçən gecə böyük bir qüvvə ilə – zirehli texnika və tanklarlarla kəndə daxil olurlar. Əliyalın kənd sakinləri təpədən-dırnağadək silahlanan erməni hərbçilərindən canlarını qurtarmaq üçün qonşu kəndlərə və meşələrə üz tuturlar. Evləri talayan ermənilər sonra onlara od vurur, qaçan insanları isə tutaraq oda atırlar. Yeddi nəfər kənd sakini insanlığa sığmayan işgəncələrə məruz qalaraq öldürülür. Onlar diri-diri ocağa atılaraq yandırılır. İki nəfər güllələnir. Ocaqda yandırılanların ən kiçiyi iki aylıq körpə, böyüyü isə 70 yaşında qoca olub. Bu faciə zamanı kənddə olan 100 evdən 17-si yandırılır, 11 ev qarət edilir.

Bu gün Quşçu Ayrım kəndinin yüksəkliklərindən müşahidə olunan Bağanis Ayrım kəndində düşmən silahlıları yurd yerlərini xarabalıqlara çevirib, qəbiristanlıqları viran ediblər. Ailələri bütövlükdə yandıran, dinc əhaliyə rəhm etməyən ermənilərin bu kənddə törətdiklərini adi sözlərlə ifadə etmək çox çətindir. Bir sözlə, hər fəsildə öz gözəllikləri ilə göz oxşayan Bağanis Ayrım indi xarabalığa çevrilib. Əslində, erməni silahlılarının törətdiyi bu faciə soyqırım faktıdır. Təəssüf ki, bu barədə dünya ictimaiyyətinə o qədər də geniş və ətraflı məlumat çatdırılmayıb.

Bəşəriyyət çox müharibələrə şahidlik edib… Lakin heç birində dinc sakinlərə qarşı bu cür amansız qətliam, işgəncələrlə ölüm tətbiq edilməyib. Bu cür vəhşiliyin cəzasını almayan erməni vandalları qan donduran hadisədən sonra Qazaxın Xeyrimli, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal etdilər.

Images (29)Indir (91)

Son xəbərlər

1658472565 ilham eliyev

Prezident hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

19 May 2025
Whatsapp image 2025 05 19 at 14.10.21

İsrail Prezidenti azərbaycanlı həkimi təltif etdi

19 May 2025
Indir 2025 05 19t134932.701

“Toplum TV” işi üzrə məhkəmədə ittiham aktı elan olunub

19 May 2025
Indir 2025 05 19t134226.226

Putin və Tramp bu axşam telefon danışığı olacaq

19 May 2025
Lavrov2

Sergey Lavrov Ermənistana gedir

19 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.