Ağstafa

Bəzi rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

1 iyul / 14:57 1 dəq
Hava kulek
1 iyul / 14:57
Burada sizin reklamınız ola bilər

İyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Qerbxeber.com Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər