Kateqoriyasız

Bərdə terroru zamanı yaralanan şəxs vəfat edib

5 noyabr / 12:42 1 dəq
0bc75a3c 441e 381e a311 80c64af1e500
5 noyabr / 12:42
Burada sizin reklamınız ola bilər

27 sentyabr tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanmış, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Dərin təəssüf hissi ilə bildiririk ki, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir”, – məlumatda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər