Maraqlı

“Bədənin Süpürgəsı”— mif yoxsa realliq?!-ELNUR NEMƏTOVUN tövsüyyəsi

8 avqust / 23:19 6 dəq
Elnur mematov 1
8 avqust / 23:19
Burada sizin reklamınız ola bilər
Uşaq vaxtı yeməyin yanına ovuclarla göyərti qoyanda, ya da şorbalara cəfəri, şüyüd doğrayıb tökəndə, çoxlarımız dodağımızı büzərdik.
“Bunlar nədir axı? Nə dadı var, nə duzu!” – deyinərdik.
Analarımız, nənələrimiz isə gülümsəyərək bircə cümlə deyərdilər:
“Bunlar bədənin süpürgəsidi bala, süpürgəsi”
O vaxt bu söz bizə həm gülməli, həm də mənasız görünərdi.
Süpürgə ilə bədənin nə əlaqəsi ola bilərdi? Biz o yaşda nə bədəndən, nə də təmizlənməkdən anlayırdıq…
Amma illər keçdi, bədənimizdə artıq yüklər, şişkinliklər, yorğunluq, həzm problemləri, toksin yığılması özünü göstərdikcə, o sadə, kənd ləhcəsində deyilmiş cümlənin nə qədər dərin və həqiqi bir mənaya sahib olduğunu gec də olsa anlaya bildik..
Gəlin göyərtinin arıqlamadan tutmuş bədən təmizliyinə qədər hansı möcüzəvi rolu olduğunu, nə üçün hər gün boşqabımıza bir ovuc göyərti əlavə etməli olduğumuzu, və ən əsası, nədən bu qədər dəyərli bir nemətə biganə qaldığımızı birlikdə araşdıraq.
Göyərti – Bədənin Süpürgəsidir deyimi doğrudurmu?
Bəli, bu ifadə zarafat deyil. Göyərtilər, sözün əsl mənasında, orqanizmdə “təmizlik əməliyyatı” aparır.
1. Qaraciyərdə yığılan artıq yağları süpürür
2. Vitaminlərlə immuniteti və bədən funksiyalarını dəstəkləyir
3. Liflərlə həzmi tənzimləyir və bağırsaqları təmizləyir
4. Minerallarla orqanizmin gündəlik ehtiyacını qarşılayır
5. Antioksidantlarla hüceyrələri qoruyur və iltihabı azaldır, detoks effekti ilə toksinləri bədəndən çıxarır
Bu səbəbdən onu sintetik detoks vasitələrindən güclü hesab etmək olar.
Lakin hazır paketlənmiş yeməklər, fast-food mədəniyyəti, qəlyanaltı bolluğu — bunlar təzə göyərtinin yerini yavaş-yavaş sıxışdırır. İnsanlar daha tez və asan yolla qidalanmağa meyl etdikcə, təbii və təravətli göyərtinin yeri arxa plana keçir.
Əgər çəkini azaltmaq istəyiriksə , ilk etməli olduğumuz şey, boşqabımızı göyərti ilə yaşıl rəngə boyamalıyıq.
Bu, sadəcə pəhriz tövsiyəsi deyil, bu, bədən və zehin arasındakı bağın aktivləşməsi ,ayarlanmasıdır.
Çünki fitrətimizdə yaşıl:
sakitlik gətirən, psixoloji tarazlıq yaradan,güvən hissi verən və ən əsası ümid oyadan
bir rəngdir.
Gözümüz yemək yanında yaşılı görəndə, beyin bunu təbii, saf və müsbət bir siqnal kimi qəbul edir.
Bu vizual siqnal sayəsində bədən sanki mesaj alır:
“Sən doğru yoldasan. Özünü yükləmə, özünə yaxşı baxırsan.”
Beyin bu rəngə sevinc və rahatlıqla cavab verir :
stress hormonları azalır, həzm daha yaxşı işləyir, arıqlama üçün lazım olan bioloji proseslər təbii şəkildə işə düşür.
Yəni, bir ovuc göyərti sadəcə toxluq vermir. O həm də bizə səbirli olmağa, davam etməyə və güc tapmağa kömək edir.
Diqqət olunmalı məqam!
Göyərtinin bir çox faydası olsa da, bəzi hallarda ehtiyatlı olmaq vacibdir.
Bəzən sosial platformalarda arıqlamaq üçün cəfəri, şüyüd və müxtəlif göyərtilərlə hazırlanan kokteyllərin çəkini tez saldığı ilə bağlı paylaşımlar görürük.
Amma unutmayın ki, bu cür qarışıqlar hər kəs üçün eyni təsir göstərmir və sağlamlıq üçün risk yarada bilər.
Məsələn:
1) Aşağı qan təzyiqi olanlar şüyüddən çox istifadə etməməlidirlər. Çünki şüyüd damarları genişləndirici təsirə malikdir. Bu təsir qan təzyiqinin daha da aşağı düşməsinə səbəb ola bilər.
2) Cəfərinin tərkibində uçucu efir yağları mövcuddur. Bu yağların bəziləri sakitləşdirici və rahatladıcı, digərləri isə qıcıqlandırıcı və spazm (yığılma) yaradan təsir göstərə bilər.
Diqqət!
Belə paylaşımları həyatınlzda tətbiq etməzdən əvvəl həkiminizlə məsləhətləşməyiniz vacib və doğrudur.
Bəs göyərtini necə yeməliyik ki, faydası çox olsun?
Çoxumuz göyərtini sadəcə plovun, qarabaşaqın üstünə səpirik, ya da yeməyin “bəzəyi” kimi istifadə edirik. Amma göyərtinin işi bəzək deyil – bədənə can, qan, güc verməkdir!
Qızartma və ya uzun müddət bişirmə zamanı tərkibindəki faydalı maddələr, xüsusilə suyla asanlıqla xaric olunan C vitamini və bəzi B qrup vitaminləri məhv olur və ya əhəmiyyətli dərəcədə azalır.
Göyərtini yeməklərə bişdikdən sonra əlavə etmək, həm təravətini, həm də faydalı maddələrini qorumağa kömək edir. Hər yeməyin yanında bir-iki ovuc göyərti istifadə etmək və onu çiy halda – limon suyu və zeytun yağı ilə birlikdə salat kimi yemək sağlamlıq baxımından daha faydalıdır.
Tövsiyə:
Sağlam şəkildə arıqlamaq istəyiriksə, göyərti ilə “dost olmaq” vacibdir. Ona öz işini görməyə – bədənimizdən toksinləri və lazımsız qalıqları “süpürüb aparmağa” şərait yaratmaq üçün onu müntəzəm və çiy formada qəbul etmək lazımdır. Bu şəkildə göyərtinin təsirindən maksimum faydalanmaq mümkündür.
Paylaş
Burada sizin reklamınız ola bilər