Noyabrın 24-də Bərdədə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) ofisində Bərdə Kitab Evinin təşkilatçılığı ilə “Nə? Harda? Nə zaman?” intellektual oyunu üzrə turnir baş tutub.
Turnirdə ümumilikdə 9 komanda (“Partav”, “Qədim Bərdə”, “GIZ”, “Solferino”, “Çarlinin Mələkləri”, “Bank United”, “TÜRKSOY”, “Unibank Bərdə”, “Neytron”) iştirak edib.
Təşkilatçı Bərdə Kitab Evinin rəhbəri Rafil Əşrəflinin verdiyi məlumata görə, bu turnirin keçirilməsində əsas məqsəd Bərdədə intellektual oyunlara olan marağı artırmaq, insanlar arasında bu mövzuda təbliğat aparmaqdır.
Qeyd edək ki, turnirin qalibi “Qədim Bərdə” komandası oldu. Qalib komanda kitablar, qələm və dəftərdən ibarət olan hədiyyələrlə mükafatlandırılıb.