Bölgə xəbərləri

“AzerGold”: “Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur”

21 iyun / 13:41 1 dəq
353f5826 e597 3b38 9bc9 ea059fbff55c
21 iyun / 13:41
Burada sizin reklamınız ola bilər

Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı “AzerGold” QSC-nin heç bir bağlılığı yoxdur.

Bunu səhmdar cəmiyyətinin sözçüsü Ariz Tarverdiyev bildirib.

“Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir”, – deyə o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər