Hadisə

Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarılıb

5 mart / 15:26 1 dəq
65e0267f737e165e0267f737e2170918873565e0267f737dd65e0267f737df
5 mart / 15:26
Burada sizin reklamınız ola bilər

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.

Qerbxeber.com xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. ilə ittiham olunduğunu bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər