Xəbər

Azad edilmiş ərazilərə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb

26 oktyabr / 17:22 2 dəq
653a6638b7c87653a6638b7c881698326072653a6638b7c85653a6638b7c86
26 oktyabr / 17:22
Burada sizin reklamınız ola bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb. 27 oktyabr 2023-cü il tarixindən etibarən 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq.

AYNA-dan “Qərb Xəbər”ə verilən məlumata görə, vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 627 reys həyata keçirilib, 25727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər