İqtisadiyyat

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

10 iyun / 14:18 2 dəq
7eb97916 d0df 4c3e bdc3 0eecaa5c1d52
10 iyun / 14:18
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 43 153 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan verilən məlumata görə, bunun da 21 240-ı Bakı, Abşeron və Sumqayıt, 21 913-ü isə regionlar üzrədir.

Bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 226 675-ə çatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər