Kateqoriyasız

Azərbaycanlı hakim Avropa çempionatına təyinat alıb

31 may / 15:29 1 dəq
402689085
31 may / 15:29
Burada sizin reklamınız ola bilər

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Rəhim Həsənov UEFA-dan təyinat alıb.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək San Marino – Litva oyununu idarə edəcək.

Həsənova yan xətt hakimləri Namiq Hüseynov və Mübariz Haşımov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Serravalle stadionundakı görüş iyunun 5-də təşkil olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər