Dünya

Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanacaq

20 fevral / 19:32 1 dəq
6411f31a704e9137c393d27762c01a59
20 fevral / 19:32
Burada sizin reklamınız ola bilər

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib.

“Qərb xəbər” 24News.ge xəbər portalına istinad edərək məlumat verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir.

Emin Əmrullayev səfər çərçivəsində Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Azərbaycanın təhsil naziri səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər