Bölgə xəbərləri

Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması diqqətçəkən detaldır – Asif Nərimanlı

5 aprel / 16:03 2 dəq
2 1 750x470
5 aprel / 16:03
Burada sizin reklamınız ola bilər

Xəbər verildiyi kimi, dünən Şuşa-Xankəndi yolunda maraqlı hadisə yaşanıb.

“Qərb Xəbər” bildirir ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bir qrup ermənini Gorsdan götürərək, onları Xankəndinə aparmağa çalışıb. Lakin əvvəlcədən razılaşma olmadığından onların Şuşa-Xankəndi yolu üzərində qurulmuş postdan keçmələrinə icazə verilməyib.

Həmin məlumatlara əsasən Azərbaycan tərəfi 27 nəfərdən ibarət karvanı geri qaytarıb. Bunu təkcə razılaşma ilə əlaqəli olmadığı, habelə Xankəndinə gedənlərin böyük əksəriyyətinin Ermənistan vətəndaşları olması ilə də əlaqəsi var. Ona görə də, həmin qafilədə olan 27 ermənidən 23-ü geri göndərilib.

Amma bu zaman 4 erməni sakinin səhhətinin pisləşməsi müşahidə olunub. Ərazidə olan Azərbaycan səhiyyəsinin işçiləri dərhal məsələyə müdaxilə ediblər. Onlar halı pisləşən ermənləri ilkin tibbi yardım göstəriblər. Bunun ardından isə Azərbaycan Səhiyyə Nazirliyinin tabeçiliyində olan ambulanslar həmin xəstələri Xankəndinə çatdırıblar.

asif
Siyasi şərhçi Asif Nərimanlının fikirinə görə Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından diqqətçəkən detaldır.
Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir.
“Erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır;
Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndində Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir”.
Paylaş
Burada sizin reklamınız ola bilər