Kateqoriyasız

Azərbaycanın Quru Qoşunları komandanı Türkiyənin ordu generalı ilə görüşüb

14 oktyabr / 16:51 1 dəq
03e0a1e3 566e 3749 946e c00bca6557b1
14 oktyabr / 16:51
Burada sizin reklamınız ola bilər

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər