İdman

Azərbaycanın FIFA referisi AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb

14 noyabr / 13:41 1 dəq
2fd1e261 68b8 3f5e b103 a5f952bc1751
14 noyabr / 13:41
Burada sizin reklamınız ola bilər

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

“Qərb Xəbər” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.

36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya – Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər