İqtisadiyyat

Azərbaycanın dövlət büdcəsinin qalığı 25 % artıb

17 aprel / 13:42 1 dəq
Pul
17 aprel / 13:42
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.

“Qərb Xəbər”ə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3 % və 16,7 % çoxdur.

Son nəticədə büdcədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 24,8 % çoxdur

Paylaş
Burada sizin reklamınız ola bilər