İqtisadiyyat

Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının əməkhaqları qaldırılıb

28 yanvar / 09:12 2 dəq
99f74779 d42e 3bfe ad0a 3f713e646536
28 yanvar / 09:12
Burada sizin reklamınız ola bilər

Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb.

Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Həmin dövlət orqanları aşağıdakılardır:

– Müdafiə Nazirliyi;

– Daxili İşlər Nazirliyi;

– Fövqəladə Hallar Nazirliyi;

– Dövlət Sərhəd Xidməti;

– Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;

– Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;

– Dövlət Gömrük Komitəsi;

– Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

– Dövlət Təhlükəsizliyi Xidməti;

– Xarici Kəşfiyyat Xidməti;

– Dövlət Miqrasiya Xidməti;

– Prezidentin Təhlükəsizlik Xidməti;

– Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

– Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

Paylaş
Burada sizin reklamınız ola bilər