Kateqoriyasız

Azərbaycanda tikinti materiallarının istehsalı artıb – Cədvəl

15 iyul / 11:42 2 dəq
8ed0d2ac 3f9a 401b 9e9b c1b235b60651
15 iyul / 11:42
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 374,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40,2% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 76,2%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 83,1%, tikinti gipsinin istehsalı 33,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 41,6%, tikinti əhənginin istehsalı 29,6%, sementin istehsalı 8,4%, tikinti kərpicinin istehsalı 16,8% artıb, asfaltın istehsalı isə 43,3% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri2021-ci ilin yanvar-iyun aylarında istehsal edilibӘvvәlki ilə nisbәtәn, faizlә
Sement, min ton1 702,0108,4
Tikinti gipsi, min ton12,3133,7
ondan әmtәәlik12,3136,7
Tikinti әhәngi, min ton17,5129,6
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton37,0176,2
Betondan yığma tikinti konstruksiyaları, min kub metr36,7212,1
Asfalt, min ton40,356,7
Tikinti kәrpici, min kubmetr276,1116,8
Hörmә üçün hazır beton qarışığı, min ton1 230,1141,6
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton18 601,2183,1
“APA-Economics”
Paylaş
Burada sizin reklamınız ola bilər