Kateqoriyasız

Azərbaycanda soyadın, adın və ata adının dəyişdirilməsi rüsumu artırılır

1 noyabr / 13:58 1 dəq
0d42d262 57b8 3370 a037 bcf2cd2b4754
1 noyabr / 13:58
Burada sizin reklamınız ola bilər

Azərbaycanda soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır.

“Qərb Xəbər”in məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu 2 manatdan 3 manata qaldırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər