Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 42 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734, ötən müddət ərzində isə ümumilikdə 1 193 870 test aparılıb.




