Kateqoriyasız

Azərbaycanda son sutkada 2237 nəfər COVID-19-a yoluxub

31 mart / 15:44 1 dəq
1617172006965 b3ts4rPw
31 mart / 15:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 261 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib, aktiv xəstə sayı 20021 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 885, ötən müddət ərzində isə ümumilikdə 2 873 658 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər