Kateqoriyasız

Azərbaycanda son sutkada 2146 nəfər yoluxma qeydə alınıb

30 mart / 14:26 1 dəq
92c6b2f8 6f89 330e 9466 53daa7e876c2
30 mart / 14:26
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 259 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 099, ötən müddət ərzində isə ümumilikdə 2 858 773 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər