Elm və Texnologiya

Azərbaycanda məktəbli qızılcadan öldü

15 fevral / 12:23 1 dəq
FotoJet (10)
15 fevral / 12:23
Burada sizin reklamınız ola bilər

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray Süleyman qızı İbrahimova qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.

Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib.

Paylaş
Burada sizin reklamınız ola bilər