Azərbaycanda koronavirusa yoluxanların sayı 800-ü keçdi
“Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik”.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, yoluxmalarla bağlı proztiv məlumatlar azdır:
“Bu gün ölkədə 105 koronavirusa yoluxma faktı qeydə alınıb”.
Qeyd edək ki, dünən 717 nəfərin yoluxma faktı qeydə alındığı bildirilmişdi.




