Kateqoriyasız

Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i ötdü

11 aprel / 19:58 1 dəq
982b3759 ebd9 4472 9870 81806cde7f27
11 aprel / 19:58
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirusa indiyə qədər yoluxanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Hazırkı dövrədək ölkəmizdə 1 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Paylaş
Burada sizin reklamınız ola bilər