Azərbaycanda sərhədlərin açılmağı ilə bağlı açıqlama
“Son aylar Azərbaycanda stabillik müşahidə olunur. Düşünürəm ki, yaxın günlərdə sərhədlər də açıla bilər. Həkim kimi bu məsələ ilə bağlı yaxın günlərdə təhlükənin olduğunu görmürəm”.
“Qərb Xəbər” məlumat verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib. TƏBİB rəsmisi əlavə edib ki, quru sərhədlərin açılacağı təqdirdə vaksin pasportu və koronavirus testi ilə bu məsələni tənzimləmək olar.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 23 apreldə verdiyi son qərara əsasən, ölkədə xüsusi karantin rejimi 2022-ci il 1 iyul tarixinədək qüvvədə olacaq.




