Kateqoriyasız

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

3 yanvar / 11:17 1 dəq
R96 Kapak Gorsel 1132x600
3 yanvar / 11:17
Burada sizin reklamınız ola bilər

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik stansiyaları 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 4,2 faiz artıqdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərilən dövrdə istehsal olunan elektrik enerjisinin 21,1 milyard kilovat-saatı əmtəə hesabına olub, bu isə 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,5 faiz daha çoxdur.

Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 19,5 milyard kilovat-saatı istilik elektrik stansiyalarının payına düşüb, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 5,6 faiz artıqdır.

Göstərilən dövrdə Azərbaycanın su elektrik stansiyaları 1,46 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər (10,3 faiz azalma).

Paylaş
Burada sizin reklamınız ola bilər