Siyasət

Azərbaycan XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

13 oktyabr / 16:41 1 dəq
14e407c3 bdc2 305b 9092 c659f215dc31
13 oktyabr / 16:41
Burada sizin reklamınız ola bilər

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan XİN-in Füzulidəki mina partlayışı ilə bağlı “X” hesabında yaydığı paylaşımda qeyd olunub.

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır”, – paylaşımda vurğulanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər