Kateqoriyasız

Azərbaycan və Türkiyə birgə əməliyyat-taktiki təlimləri keçirir – Video

8 aprel / 15:24 1 dəq
504391de 046d 30c5 89f2 f20d3d7b22dc
8 aprel / 15:24
Burada sizin reklamınız ola bilər

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər