Xəbər

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə birgə təlim başlayıb

22 iyun / 09:36 1 dəq
95eb5da1 b226 387b bb6a 24e81e719883
22 iyun / 09:36
Burada sizin reklamınız ola bilər

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Alpan-2023” birgə təlimi keçirilir.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər