Hadisə

Azərbaycan və İordaniya mudafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

14 aprel / 20:37 1 dəq
661baaae533b9661baaae533ba1713089198661baaae533b7661baaae533b8
14 aprel / 20:37
Burada sizin reklamınız ola bilər

Aprelin 14-də Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb.

Saziş Azərbaycan müdafiə naziri Zakir Həsənovun İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.

“Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”, məlumatda qeyd edilir.

Sazişin detalları barədə məlumat verilməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər