Siyasət

Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib

17 aprel / 15:17 1 dəq
17 aprel / 15:17
Burada sizin reklamınız ola bilər

Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsalia, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ramiz Həsənov başçılıq edib.

Məsləhətləşmələrdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

L.Darsalia məsləhətləşmələr çərçivəsində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər