Dünya

Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.

23 mart / 12:39 1 dəq
65fdcd3512b5a65fdcd3512b5b171113195765fdcd3512b5865fdcd3512b59
23 mart / 12:39
Burada sizin reklamınız ola bilər

Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər