Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılır
“Regionda sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır”.
Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünə dair “X” hesabında paylaşımında bildirib.
“Bu imkanlardan yararlanmaq üçün yüksək səviyyəli iqtisadi işçi qrupunun yaradılması barədə razılığa gəldik. Tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – paylaşımda deyilir.




