Kateqoriyasız

Azərbaycan şahmatçısı erməni rəqibinə qalib gəlib

19 oktyabr / 10:14 1 dəq
1dc50540 dbef 45d7 829c cf40f6d74d0e
19 oktyabr / 10:14
Burada sizin reklamınız ola bilər

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları yekunlaşıb.

Azərbaycanlı şahmatçı Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edib. Bununla da o, aktivinə bir xal yazdırıb.

Azərbaycan komandasının digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli isə Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər.

Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar. Yarış oktyabrın 21-dək davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər